Bu gün:

Fatih Karagümrük "Fethiyespor"u 2 qolla məğlub edib


Fatih Karagümrük Ziraat Türkiyə Kuboku A Qrupu 4-cü və son tur oyununda səfərdə "Fethiyespor"u 2:0 hesabı ilə məğlub edib. Hər iki komanda kubokla vidalaşıb.

İstanbul təmsilçisi oyunu Barış Kalaycı və Abdul Kader Konenin vurduğu qollarla qazanıb.

Fatih Karagümrük qrupda keçirdiyi 4 oyundan sonra ilk qələbəsini əldə edib. 4 turdan sonra 5 xal toplayan komanda buna baxmayaraq kubok mərhələsini tərk edib.

4 oyunda 3 məğlubiyyət və 1 heç-heçə alan Muğla təmsilçisi "Fethiyespor" isə kubok macərasını 1 xalla başa vurub.

Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə


Paylaş
Şərh əlavə et