İranda ABŞ və İsrail tərəfindən həyata keçirilən hava hücumları nəticəsində ölənlərin sayı 787 nəfərə çatıb. Məlumat "Tasnim" xəbər agentliyi tərəfindən yayılıb. Rəsmi açıqlama İran Qızıl Aypara Cəmiyyətinə istinadən verilib.
Açıqlamada bildirilib ki, 153 yaşayış məntəqəsində 504 obyekt hədəfə alınıb. Hücumlar nəticəsində 787 nəfər həyatını itirib. Dağıntılar altında axtarış-xilasetmə işlərinin davam etdiyi, lakin yaralıların sayı barədə məlumat verilmədiyi qeyd olunub.Bundan əvvəl İran tərəfi ölənlərin sayının 555 nəfər olduğunu açıqlamışdı. 28 fevral tarixində başlayan hərbi əməliyyatlar bölgədə gərginliyi daha da artırıb. Tərəflər arasında qarşıdurma davam edir və vəziyyət region üçün ciddi təhlükə yaradıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
