Sosial mediada Messi və Ronaldonun bir-birinin saçını kəsməsi və ya qeyri-adi vəziyyətlərdə əks olunduğu süni intellekt (Sİ) videoları viral olub. "AI slop" adlandırılan bu kontentlər reallıqla saxta arasındakı sərhədi sürətlə itirir.

Süni intellekt tərəfindən hazırlanan saxta görüntülər
Bu barədə məlumat BBC Sport-un araşdırmasında yer alıb. Bildirilib ki, əsas diqqət süni intellektin futbolçuların imic hüquqlarına və ticarət nişanlarına yaratdığı yeni hüquqi təhlükələrə yönəldilib.
Günün əsas hissəsində mütəxəssislər, oyunçuların öz brendlərini qorumaq üçün atdığı addımları müzakirə ediblər. Məsələn, "Çelsi"nin ulduzu Koul Palmer artıq öz adını və məşhur qol sevincini rəsmi ticarət nişanı kimi qeydiyyatdan keçirib.
Tədbir zamanı hüquqşünas Jonti Jovan saxta görüntülərin reputasiyaya vurduğu zərərin qarşısını almağın çətinliyini vurğulayıb. Bu vəziyyət klublar və futbolçular arasında böyük rezonans doğurub.
Məsələnin digər detalları və Britaniya hökumətinin süni intellektə qarşı tətbiq edəcəyi yeni "şəxsiyyət hüququ" qaydaları yaxın günlərdə rəsmi açıqlama ilə paylaşılacaq.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
