Bu gün:

Kristjan Asllani "Beşiktaş"dakı gələcəyi ilə bağlı açıqlama verib


Mövsümün ortasında "İnter"dən icarə əsasında "Beşiktaş"a keçən Kristjan Asllani ölkəsində mətbuata açıqlamasında klubdakı gələcəyi ilə bağlı danışıb.

"Tuttomercatoweb"in məlumatına görə, Kristjan Asllani Türkiyədəki məqsədləri ilə bağlı Albaniya xəbər agentliyinə açıqlamalar verib: "Bura icarəyə gəlmişəm, amma sonsuza qədər qalmaq istəyirəm. Bu, çox vacib klubdur və onlar həmişə çempionluq üçün oynayırlar. Mən də buna nail olmaq istəyirəm. "Beşiktaş"ın qeyri-adi azarkeşləri var. Bu klubda bir futbolçunun xəyal edə biləcəyi hər şey var. Sergen Yalçının məndən nə gözlədiyini bilirəm. "Beşiktaş"a çox faydalı olacağımı və burada böyük uğurlar qazanacağımı hiss edirəm".

Xəbərdə yanvar ayında Türkiyəyə gələn Asllaninin yeni mühitə tez uyğunlaşdığı və kredit müqaviləsini daimi transferlə yekunlaşdırmağı hədəflədiyi bildirilib.


Mənbə: Hürriyet

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et