Bu gün:

ABŞ və müttəfiqləri İran əleyhinə hərbi əməliyyatların davam etdiyini açıqlayıb


ABŞ Prezidenti Donald Tramp İran əleyhinə aparılan hərbi əməliyyatların davam edəcəyini və bunun planlaşdırıldığı kimi bir müddət çəkə biləcəyini bəyan edib.

Bu barədə o, “Truth Social” sosial şəbəkəsində yayımlanan müraciətində bildirib. Tramp vurğulayıb ki, əməliyyatlar dayanmadan davam edir və bütün strategiya məqsədləri yerinə yetirilənə qədər bitməyəcək. Məqsədlərə çatmaq üçün lazım olan müddət ərzində hərəkətə davam edəcəklərini və ABŞ-nin “çox ciddi məqsədləri” olduğunu söyləyib.  


O, həmçinin bəyan edib ki, İranın uzun mənzilli raketlərə malik olması ABŞ üçün qəbuledilməzdir və buna imkan verməyəcəklər. Trampın sözlərinə görə, əməliyyatlar plan üzrə davam edir və müttəfiqlərlə birlikdə İranın hərbi və infrastruktur hədəflərinə zərbələr endirilir.


Əməliyyatların nə qədər davam edəcəyi ilə bağlı Tramp başqa müsahibəsində təxminən dörd həftəlik müddətə işarə edib və bildirib ki, bu, planlaşdırılan dövrdür, lakin vəziyyətə görə dəyişə bilər. 


Bu açıqlamalar, ABŞ və müttəfiqlərinin İranla münasibətlərindəki gərginliyin artdığı bir dövrdə verilib və beynəlxalq ictimaiyyətin diqqətini regiondakı gərgin vəziyyətə cəmləyib. 



Mənbə: orda.kz

Tərcümə etdi: Şehrin Musayeva

Paylaş
Şərh əlavə et