Bu gün:

"Jetgiller"cizgi filmində öncədən göstərilən 15 texnologiya


İlk bölümü 1962-ci ildə yayımlanan "Jetgiller" futuristik həyat tərzi ilə uşaqlığımızda səbirsizliklə gözlədiyimiz gələcək xəyalı idi. Ancaq bu gün "Jetgiller"-dəkinə yaxın bir həyat yaşadığımızı heç hiss etmisiz?

1. Video söhbət
Biz uşaq olanda Ceyn dostları ilə televiziyada söhbət etdiyinin şahidi olurduq. O vaxt bunun necə baş verdiyini başa düşməsək də, indi uzaq qohumlar ilə "Skype" və ya "FaceTime"-də əlaqə saxlaya bilirik.

2. Ağıllı saat
Apple saatları həyatımıza 2014-cü ilin sentyabrında daxil olarkən Corc Jetgil (Ata) onlardan 50 il əvvəl istifadə edirdi.

3. Boru Lifti
Cizgi filmdə şəffaf görünüşlü və boruşəkilli lift istifadə edilmədikdə yox olardı. Hələ yox olmasa da, oxşarları gündəlik həyatda istifadə olunur.

4. Video taksafon
Artıq hər kəsin ağıllı telefonu olduğu üçün taksofonlardan çox istifadə etməsək də, bəzi nöqtələrdə video zənglər hələ də mümkündür.

5. Köməkçi robot
 Bu cizgi filminə görə, Rozi adlı çox köhnə model robot ailənin hər bir işini idarə edirdi. Belə robotu kim istəməz dedikdə öyrəndik ki, 2010-cu ildə Koreyalı alimlər mikrodalğalı sobada yeməkləri təmizləmək, qurutmaq və bişirmək qabiliyyətinə malik Mahru-Z adlı robot hazırlayıblar.

6. Ağıllı televizor
Artıq evimizdəki smart televizorlarla bir çox kanalın və qəzetin tətbiqlərini yükləyərək gündəmi izləyə bilirik.

7.LCD displey
Biz köhnə model televizorlarda "Jetsons"-a baxdığımız zaman onlar artıq LCD-yə keçmişdilər.

8. Ağıllı diş fırçası
Corc səhər yuxudan duranda heç vaxt yorulmaz, onun əvəzinə ağıllı robotlar dişlərini fırçalayırdı. Bu gün çox olmasa da, öz-özünə fırlanan diş fırçaları mövcuddur.

9. Solaryum çarpayısı
Solaryum çarpayıları "Jetgiller" istifadə etdikdən 10 il sonra 1979-cu ildə icad edilmişdir.

10. Futuristik ticarət mərkəzləri
Tamamilə şüşə ilə örtülmüş plazalar və ticarət mərkəzləri böyük şəhərdə yaşayanlar üçün indi təəccüblü olmasa da, "Jetgiller", yəqin ki, burada ilk qeydiyyatı etdi.

11.Təmizlik robotu
Evin ətrafında dolaşan və evi özbaşına süpürən təmizləyici robotlar son vaxtlar həyatımıza daxil olub.

12. GPS texnologiyası
Jetgillərin iti Astronun itməsinin qarşısını almaq üçün istifadə edilən GPS bu gün həyatımızın bir çox yerində geniş şəkildə istifadə olunur.

13.Google
Google 1998-ci ildə qurulsa da, Corc tapmacanı həll edərkən axtardığı cavabı maşından soruşduqda cizgi filmində oxşar fikir ortaya çıxır.

14.Danışan Siqnal
Corcu oyandıran elektron səs var idi. Bu gün smartfonlarımızla bunu edə bilərik.

15. Pilotsuz təyyarə ilə yeməklərin verilməsi
"Jetgiller"-də hər şey bir kapsulda uçaraq gəlir və gedirdi. İndi dronlar uçmağa və pizza təqdim etməyə başlayıb.

Mənbə: Onedio
Tərcümə etdi: Lamiyə Cənnətzadə


Paylaş
Şərh əlavə et