Real Madrid İspaniya La Liqasının 26-cı turu çərçivəsində “Getafe CF” ilə qarşılaşacaq. Oyun bazar ertəsi, saat 21:00-da (CEST) Santiago Bernabeu Stadium stadionunda keçiriləcək.

Komanda matç öncəsi son məşqini Real Madrid City bazasında başa vurub. Futbolçular hazırlığa meydanda hərəkətlilik (mobility) məşqləri ilə başlayıblar. Daha sonra heyət rondo çalışmaları, reaksiya sürəti üzrə tapşırıqlar, topa nəzarət məşqləri və taktiki mərhələ üzərində işləyib. Məşq prosesi oyun və cərimə zərbələrinin icrası ilə yekunlaşıb. Huysen qrupla məşqin yalnız bir hissəsində iştirak edib. Asensio, Bellinqem, Sebalyos, Mbappe və Militao isə bərpa prosesini davam etdirirlər.
Mənbə: Real Madrid
Tərcümə etdi: Mələk Nəsirli
