İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Ali Lider Əli Xameneinin ölümü ilə bağlı kəskin bəyanatla çıxış edib. O, baş vermiş hadisəyə görə birbaşa ABŞ və İsraili ittiham edərək, Tehranın cavab tədbirlərinin daha amansız olacağını bildirib.

24media.az APA-ya istinadən xəbər verir ki, Əli Laricani Ali Liderin ölümünü şəhidlik zirvəsi kimi qiymətləndirib və bunun xalq üçün böyük bir itki olduğunu vurğulayıb. Laricani qeyd edib ki, ABŞ və İsrail İran xalqının ürəyini yandırdığı kimi, İran da eyni şəkildə onların ürəklərini yandıracaq.
Milli Təhlükəsizlik Şurasının katibi dünən endirilən raket zərbələrinin effektiv olduğunu xatırladaraq, qarşıdakı əməliyyatların miqyası barədə xəbərdarlıq edib: “Bu gün onları indiyədək heç vaxt qarşılaşmadıqları bir güclə vuracağıq”. İran mənbəsi tərəfindən yayılan bu açıqlamalar regionda hərbi gərginliyin daha da eskalasiya edəcəyindən xəbər verir.
Hazırda İranın hərbi bölmələrinin tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi və yeni zərbə dalğasının an məsələsi olduğu bildirilir.
Arzu Qafarova
