Bu ilin 1 fevral tarixinə olan göstəricilərə əsasən, Azərbaycanın milli valyutası – manatın dövriyyədə qalma sürəti 2,84 bənd səviyyəsində müəyyən olunub.
24media.az bildirir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi statistikalarda əksini tapıb. Bildirilir ki, cari rəqəm yanvar ayı ilə müqayisədə 0,36 bənd, ötən ilin eyni dövrü, yəni 1 fevral 2024-cü illə müqayisədə isə 0,42 bənd aşağıdır.
AMB-nin uzunmüddətli müşahidələri göstərir ki, manatın dövretmə sürəti son 20 ilin ən minimal səviyyəsinə 2015-ci ilin yanvarında, ölkədə ilk böyük devalvasiyanın baş verməsinə az qalmış çatıb. Həmin dövrdə göstərici 2,68 bənd olaraq qeydə alınmışdı. Ən yüksək hədd isə xeyli əvvəl – 2005-ci ildə, valyutanın dövretmə sürətinin 15,72 bəndə yüksəldiyi zaman müşahidə olunub.
Aytac Musayeva
