Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbol qaydalarında köklü dəyişiklikləri təsdiqləyib. 1 iyun 2026-cı ildən qüvvəyə minəcək yeni qaydalara əsasən, VAR-ın səlahiyyətləri rəsmən genişləndirilir.
Hakimlər artıq təkcə qol və penalti deyil, künc zərbələri və mübahisəli qırmızı vərəqə epizodlarında da VAR-a müraciət edəcəklər.
Əsas yeniliklər bunlardır:
1. VAR-ın yeni rolu: Artıq künc zərbələri (kornerlər) və yanlış verilmiş ikinci sarı vərəqələr VAR tərəfindən yoxlanıla bilər.
2. Vaxt itkisinə son: Qapıdan zərbələr, kənar atmalar və əvəzetmələr zamanı oyunun tempini qorumaq üçün xüsusi saniyəölçənlər (countdown) tətbiq olunacaq.
3. Venger qaydası: Arsen Vengerin ofsaydla bağlı yeni təklifi Kanada Premyer Liqasında sınaqdan keçiriləcək.
4. İntizam tədbirləri: Futbolçuların ağızlarını örtərək rəqiblərlə mübahisə etməsi və ya təhqirə yol verməsinə qarşı ciddi nəzarət mexanizmi yaradılır.
Bu qərarlar builki Dünya Çempionatında sınaqdan keçiriləcək, 2026-27 mövsümündən isə bütün liqalarda tətbiq olunmağa başlayacaq. Premyer Liqa kimi bəzi çempionatların oyun sürətini qorumaq üçün kornerlərlə bağlı VAR müdaxiləsindən imtina etmək hüququ da saxlanılıb.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
