Anonim Yaxın Şərq diplomatı NBC News-a bildirib ki, Vaşinqton və Tehran arasındakı nüvə sazişi İsrail səbəbindən pozulub. Mənbə iddia edir ki, tərəflər ötən həftə uğura mümkün qədər yaxın olublar, lakin Təl-Əviv diplomatik prosesi əngəlləmək üçün qətiyyətli addımlar atıb.

Təl-Əviv
Telekanalın mənbəyi əlavə edib ki, Ağ Ev regiondakı əsas müttəfiqinin təzyiqinə təslim olub və Təl-Əvivin maraqları naminə sülh yolu ilə həll imkanından imtina edib. O, Vaşinqtonun tərəfdaşlarına ilk dəfə baş əymədiyini vurğulayıb.
ABŞ prezidenti Donald Tramp daha əvvəl Tehranı nüvə razılaşması istiqamətində diplomatik səyləri qəsdən pozmaqda günahlandırıb. Amerika liderinin sözlərinə görə, 2025-ci ildə "Gecəyarısı çəkic" hərbi əməliyyatından bəri Vaşinqton dəfələrlə İrana yeni bir razılaşma şərtləri təklif edib, lakin bütün təkliflər qulaqardına vurulub.
Bu bəyanat, İranın Ali Lideri Əli Xameneinin iqamətgahına hücum edildiyi Tehrandakı hədəflərə İsrailin yeni qabaqlayıcı zərbələri barədə xəbərlər fonunda verilib. Əməliyyatın adı "Yəhuda Qalxanı" idi.
Mənbə: News.ru
Tərcümə etdi: Əli Balayev
