Cümə günü keçirilən püşkatma mərasimindən sonra son 16, 1/4 və yarımfinal mərhələlərinin cütlükləri müəyyənləşib. Bununla da iki nəhəng klub 2019-20 mövsümündən bəri altıncı dəfə Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq.

Komandalar bu mövsüm artıq bir dəfə üz-üzə gəlib. Dekabr ayında keçirilən qrup mərhələsi oyununda “Siti” geridönüş edərək turnirin 15 qat qalibi olan “Real”ı 2:1 hesabı ilə məğlub edib.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
