Bu gün:

“Qarabağ”dan tarixi rekord: Azərbaycanın UEFA reytinqi yüksəlir


Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasındakı möhtəşəm çıxışı Azərbaycan futbolunun beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirib. Klubun qazandığı uğurlar həm ölkə reytinqinin artmasına, həm də fərdi klub rekordunun yenilənməsinə səbəb olub.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının açıqladığı son məlumatlara görə, Azərbaycanın cari mövsüm üçün UEFA reytinqi 5,812 xala yüksəlib. Bu rəqəm 2023/2024-cü illər mövsümündə qeydə alınan rekord göstəricidən (5,850) sonra ölkə futbolu tarixinin ikinci ən yüksək nəticəsidir.

Eyni zamanda, “Qarabağ” cari mövsümdə topladığı 13,750 xalla Azərbaycan futbolu tarixində yeni bir rekorda imza atıb. Bununla da Ağdam təmsilçisi iki il əvvəl əldə etdiyi 11,000 xallıq şəxsi rekordunu geridə qoyaraq, ölkə klublarının bir mövsüm ərzində qazandığı ən yüksək xal göstəricisinə sahib olub.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et