Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, AZAL-a məxsus Embraer-190 tipli sərnişin təyyarəsinin vurulması Rusiya Müdafiə Nazirliyinin səhvi nəticəsində baş verib.

Nazir vurğulayıb ki, Azərbaycan bu məsələ ilə bağlı mövqeyində qətidir. Onun sözlərinə görə, 2025-ci ilin oktyabr ayında iki ölkə prezidentləri arasında keçirilən ikitərəfli görüş zamanı Rusiya prezidenti tərəfindən verilmiş vədlər tam şəkildə icra olunmalıdır. Bu vədlərə hadisəyə hüquqi qiymət verilməsi və zərərçəkənlərə kompensasiyanın ödənilməsi daxildir.
Xatırladaq ki, Azerbaijan Airlines (AZAL) şirkətinə məxsus Embraer-190 təyyarəsi 25 dekabr 2024-cü ildə Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayıb. Aktau yaxınlığında baş verən qəza zamanı göyərtədə olan 67 nəfərdən 38-i həlak olub. Ölənlər arasında altı Qazaxıstan vətəndaşı da var.
Mənbə: Anews
Tərcümə etdi: Nuray Ədilzadə
