Bu gün:

Rusiya: "Ukraynaya 1000 əsgərin cəsədini təhvil verdik"


Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski münaqişədə həlak olmuş 1000 ukraynalı əsgərin cəsədinin Ukraynaya təhvil verildiyini açıqlayıb. O bildirib ki, qarşı tərəf isə 35 rusiyalı əsgərin cəsədini Rusiyaya qaytarıb.

Medinski sosial media hesabında paylaşdığı məlumatda Rusiya ilə Ukrayna arasında həlak olan hərbçilərin cəsədlərinin mübadiləsinin həyata keçirildiyini qeyd edib.

O, “Ukraynaya 1000 əsgərin cəsədi, Rusiyaya isə 35 əsgərin cəsədi verilib” ifadəsini işlədib.

Ukrayna Müharibə Əsirlərinin İşləri üzrə Koordinasiya Mərkəzi də 1000 hərbçinin qalıqlarını qəbul etdiklərini və onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılacağını açıqlayıb.

Medinski 29 yanvar tarixində İstanbul razılaşmaları çərçivəsində Ukraynaya 1000 əsgərin cəsədinin verildiyini, 38 rusiyalı hərbçinin cəsədinin isə geri qaytarıldığını bildirmişdi.

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların birinci və ikinci raundları müvafiq olaraq 23–24 yanvar və 4–5 fevral tarixlərində Əbu-Dabidə keçirilib. Üçüncü raund isə 17–18 fevralda Cenevrə şəhərində baş tutub.

https://share.google/34gA3VWCjkVwvxCX7

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et