Bu gün:

​"Real Madrid" azarkeşlərlə bağlı yeni qərar qəbul edib


İspaniya nəhəngi "Real Madrid" Çempionlar Liqasında "Benfika" ilə keçirilən qarşılaşma zamanı nasist salamı verən azarkeşlə bağlı genişmiqyaslı araşdırmaya başlayıb. 83 minlik "Santiaqo Bernabeu" stadionunda kameralara tuş gələn bu hərəkət klub rəhbərliyini hərəkətə keçirib.

"Real Madrid" və "Benfika" arasında keçirilən matçdan əvvəl stadionda irqçiliyə qarşı mübarizəni simvolizə edən “İrqçiliyə yox” (No al racismo) pankartı nümayiş etdirilib.

Klubdan verilən rəsmi bəyanatda bu növ nifrət dolu hərəkətlərin idmanda yeri olmadığı və həmin şəxsin dərhal klubdan kənarlaşdırılması üçün intizam prosedurunun başladıldığı vurğulanıb. Madrid təmsilçisi irqçiliyi və zorakılığı təşviq edən hər bir addımı kəskin pislədiyini bəyan edib.

Xatırladaq ki, bu gərginlik Vinisius Juniorun Portuqaliyadakı ilk matçda irqçi təhqirlərə məruz qalmasından sonra daha da alovlanıb. Cavab oyununda rəqibini 2-1 hesabı ilə məğlub edən "Real Madrid" turnirin 1/8 finalına vəsiqə qazanıb.


Mənbə: BBC.com

Tərcümə etdi: Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et