Bu gün:

​"Mançester Yunayted"in qapıçısı Lammens: "Mən ulduz deyil, sadə biriyəm"


"Mançester Yunayted"in qapıçısı Senne Lammens Premyer Liqadakı uğurlu çıxışı və təvazökarlığı ilə gündəmə gəlib. 23 yaşlı belçikalı qolkiper klubun fondu tərəfindən təşkil olunan "Ümumdünya Kitab Günü"ndə yerli məktəblilərlə görüşüb.

"Mançester Yunayted"in qapıçısı Senne Lammens yerli məktəbdə keçirilən xeyriyyə tədbirində uşaqlarla vaxt keçirib.

BBC-nin məlumatına görə, Lammens uşaqlarla söhbətində ulduz futbolçu obrazından uzaq olduğunu və hər kəsin uğur qazana biləcəyini göstərməyə çalışdığını bildirib. Meydançadan kənarda sadə həyat tərzi sürən gənc qapıçı uşaqlar üçün nümunə olmağın onun üçün vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, "Everton" üzərindəki qələbədən (1:0) sonra baş məşqçi Devid Moyes Lammensin oyununu yüksək qiymətləndirib. Artıq ardıcıl 21 matçda komandasının qapısını qoruyan gənc qolkiperin çıxışı Edvin van der Sar və Tibo Kurtua kimi əfsanələr tərəfindən də təriflənib.


Mənbə: BBC.com

Tərcümə etdi: Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et