“BBC Sport”un təhlilinə görə, klub 2026–27 mövsümündə aşağı liqada çıxış etsə, ciddi maliyyə zərəri ilə üzləşəcək. Yayım hüquqları, oyun günü gəlirləri və kommersiya qazancı azalacaq. Klubun maaş büdcəsi təxminən 254 milyon funtdur ki, bu da Çempionşip ortalaması olan 38 milyon funtdan xeyli çoxdur.
Maliyyə eksperti Kiran Maguayr hesab edir ki, illik gəlir təxminən 261 milyon funt azala bilər. Aşağı liqada biletlərə və VIP paketlərə əvvəlki kimi yüksək qiymət qoymaq mümkün olmayacaq.
Sponsor müqavilələri də risk altındadır. Əsas forma sponsoru olan “AIA” ilə illik təxminən 40 milyon funtluq anlaşmada liqadan düşmə halında dəyərin azalması bəndi var. Texniki sponsor “Nike” ilə müqavilə daha az təsirlənsə də, ümumi tərəfdaşlıq gəlirlərində eniş gözlənilir.
Nəticədə, klub azarkeş dəstəyini qorusa belə, Premyer Liqa səviyyəsinə qayıdış həm idman, həm də maliyyə baxımından bir neçə il çəkə biləcək “çoxillik layihə” kimi qiymətləndirilir.
Mənbə: BBC
Tərcümə etdi: Mələk Nəsirli
