UEFA Champions Leaguenin son 16 pley-off mərhələsinin cavab oyununda sabah Galatasaray-ı qəbul edəcək. İtaliya təmsilçisi Juventus-un baş məşqçisi Luciano Spalletti sarı-qırmızlılara qarşı azarkeş dəstəyinə ehtiyac olduğunu bildirib.
Luçano Spalletti və futbolçulardan Lloyd Kelli oyunun keçiriləcəyi Allianz Stadionunda mətbuat nümayəndələrinə açıqlamalar veriblər.
Sabahkı matçda azarkeş amilinin təsirli olacağını vurğulayan Spalletti deyib:
“Qalatasaray matçı üçün azarkeş dəstəyi çox önəmlidir. Azarkeşlərin ürəyinə ehtiyacımız var. Bu stadionda onların dəstəyini hiss etdikdə daha güclü oluruq. Qərarlılığı və inamı sabah bizə ötürməlidirlər. Çətin bir dövrdəyik. Qalatasaray matçı da çətin olacaq. Buna görə azarkeşlərimizə ehtiyacımız var.”
Milli futbolçu Kənan Yıldızın durumuna toxunan Spalletti bildirib:
“Kənan gənc olmasına baxmayaraq, bizim üçün lider kimidir. Bu liderliyini açıq şəkildə göstərir. Məşqlərdə də liderlik rolunu rahatlıqla və həvəslə üzərinə götürür. Son dövrdə də ortaya qoyduğu gözəl performans var. Kənan klubda qalmaq istəyir. Bu çətin matçda da meydanda olmaq istəyir. Məşqlərin bir hissəsində iştirak etdi. Məşqin sonuna yaxın yanıma gəlib ‘Hazıram, oynamaq istəyirəm’ dedi. Bununla da iradəsinin gücünü ortaya qoydu.”
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
