Super Liqa komandalarından olan "Kayserispor" norveçli məşqçi Erlinq Moe ilə razılığa gəlib.

Norveçli məşqçi Erlinq Moe
Aşağı liqaya düşməmək üçün mübarizə aparan "Kayserispor" Radomir Djaloviçin boş buraxdığı baş məşqçi vəzifəsini doldurmaq üçün Erling Moe ilə razılığa gəlib. 56 yaşlı məşqçinin bu həftə Kayseriyə gələcəyi gözlənilir.
Əvvəllər Türkiyədə "Beşiktaş"-da Ole Gunnar Solskjaerin köməkçisi vəzifəsində çalışmış norveçli məşqçinin "Gençlerbirliyi" ilə oyunda komandaya rəhbərlik edəcəyi gözlənilir.
Mənbə: Hürriyet
Tərcümə etdi: Zeynəb Şahmarova
