ABŞ İranla artan gərginlik fonunda bəzi diplomatların Livanı tərk etməsini tələb edib. ABŞ Dövlət Departamenti zəruri olmayan diplomatların və onların ailə üzvlərinin ölkədən çıxmasını əmr etdiyini açıqlayıb. Qərarın təhlükəsizlik səbəbləri ilə verildiyi bildirilib.

"Associated Press"ə danışan rəsmi şəxs diplomatların müvəqqəti olaraq Livanı tərk edəcəyini qeyd edib. Digər rəsmi mənbə isə ABŞ Dövlət Katibi Marko Rubionun İsrailə planlaşdırılan səfərini təxirə sala biləcəyini bildirib. Bu arada ABŞ və İran arasında nüvə danışıqları Omanın vasitəçiliyi ilə davam edir və əsas müzakirə mövzuları uranın zənginləşdirilməsi səviyyəsi və ehtiyatlardır. Mütəxəssislər bu addımı regionda mümkün təhlükəsizlik risklərinin artması ilə əlaqələndirib. Diplomatik gərginliyin yaxın günlərdə daha da yüksələ biləcəyi istisna edilmir. Danışıqların nəticəsi isə Yaxın Şərqdəki siyasi balans üçün həlledici ola bilər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
