Onlarla aparıcı ərzaq mütəxəssisi xəbərdarlıq edərək bildirib ki, zəiflədilmiş ərzaq təhlükəsizliyi fonunda tək bir ciddi şok Böyük Britaniyada sosial iğtişaşlara, hətta ərzaq iğtişaşlarına yol aça bilər.

Böyük Britaniyada ərzaq sisteminin xroniki problemlər səbəbilə “barıt çəlləyi”nə çevrildiyi vurğulanıb.
Mütəxəssislər iqlim böhranını, aşağı gəlirləri, uğursuz kənd təsərrüfatı siyasətini və anbar ehtiyatı saxlanılmadan, məhz ehtiyac olan anda çatdırılmaya əsaslanan həssas təchizat zəncirlərini əsas risk faktorları kimi göstərib. Bu amillərin ölkəni ərzağa çıxış baxımından təhlükəli dərəcədə həssas vəziyyətdə qoyub.
Tədqiqatçılar iri miqyaslı ekstremal hava hadisələrini, kiberhücumları və beynəlxalq münaqişələri ən yüksək risk kimi qiymətləndirib. Bu şokların təchizat zəncirlərinə zərbə vurub qiymətləri artıraraq sosial gərginliyi yüksəldə biləcəyi bildirilib.
Ən pis ssenaridə gizli bazarların genişlənib, təhlükəli qida satışlarının artıb və vətəndaş iğtişaşlarının baş verə biləcəyi qeyd olunub.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
