UEFA Benfika klubunun futbolçusu Gianluca Prestiannini bir oyunluq müvəqqəti diskvalifikasiya edib. Buna səbəb argentinalı vingerin Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Real Madridin hücumçusu Vinicius Juniora qarşı irqçi ifadə işlətməkdə ittiham olunmasıdır.Qarşılaşma İspaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Prestianni çərşənbə günü Madriddə keçiriləcək cavab matçını buraxacaq. İlk görüşdə səfərdə qalib gələn Real Madrid ümumi hesabda 1:0 üstünlüyə malikdir.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
