Qurban Qurbanov Çempionlar Liqasının play off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransı keçirib.

Qurban Qurbanov mətbuat konfransında
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah İngiltərənin "Nyukasl" komandası ilə keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan (ilk oyun – 1:6) əvvəl mətbuat konfransı keçirib.
"Birinci oyunun nəticəsindən sonra cavab oyunu haqqında danışmaq çətindir. Amma bu bizim işimizdir və suallarınızı cavablandırmalıyıq. İlk oyuna hazırlaşmaq və təhlil etmək üçün bir neçə günümüz var idi. Bakıda rəqibimiz bizdən daha yaxşı oynadı və qalib gəldi. Cavab oyununda diqqətli olmalıyıq. Qarşıda uzun bir yol var. Yaxşı hazırlaşdıq, baxmayaraq ki, psixoloji zərbə aldıq. Ən yaxşı tərəfimizi göstərməyə çalışacağıq", - Qurbanov bildirib.
Mənbə: Azerbaijan sport
Tərcümə etdi: Zeynəb Şahmarova
