Bu gün:

İran: "ABŞ ilə müvəqqəti saziş iddialarının heç bir əsası yoxdur"


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ ilə danışıqlarda "müvəqqəti saziş" iddiaları ilə bağlı açıqlamasında bildirib ki, "Biz bu cür şərhləri təsdiqləmirik. (ABŞ ilə) Müvəqqəti saziş iddialarının heç bir əsası yoxdur."

Bekayi bu sözləri Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O, ABŞ ilə danışıqların məzmunu ilə bağlı çoxsaylı iddiaların irəli sürüldüyünü bildirib və əlavə edib ki, "Biz bu cür şərhləri təsdiqləmirik. Müvəqqəti saziş iddialarının heç bir əsası yoxdur."

Bekayi danışıqlar mətninin hazırlanmasının birgə proses olduğunu vurğulayıb və İranın ABŞ sanksiyalarının ləğvi ilə bağlı mövqeyinin aydın olduğunu bildirib.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun "İranın bir həftə ərzində nüvə silahı istehsal etmək üçün materiallara sahib olacağı" açıqlaması ilə bağlı Bekayi deyib: "Bu cür ifadələrlə ilk dəfə rastlaşmırıq."

Bekayi həmçinin danışıqların qərəz və məcburiyyətlə uğur qazana bilməyəcəyini bildirərək dedi: "Bu yanaşma İran üçün nəticə verməyəcək. Biz ciddi şəkildə diplomatiya yolu ilə hərəkət edirik. Ölkəmizin hüquqlarını təmin edən, nüvə məsələlərini və sanksiyaların ləğvini əhatə edən bir razılaşmanı qəbul edə bilərik".

Mümkün müharibə halında İranın bütün hücumlara cavab verəcəyini vurğulayan Bekayi dedi: "Qüvvələrimiz ölkəmizi müdafiə etmək üçün 24 saat hazırlıq vəziyyətindədir".

Nəhayət, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin 24 fevral çərşənbə axşamı günü Omana səfər edib-etməyəcəyi ilə bağlı suala Bekayi cavab verdi: "Bu məsələni təsdiqləməliyəm; hazırda heç bir məlumatım yoxdur".

https://share.google/djM8TjFmaTh2fnrM1

Mənbə: TRT Haber

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et