Səudiyyə Ərəbistanının Əl Nassr klubunda çıxış edən dünya futbolunun ulduzu Cristiano Ronaldo gələcək karyerası ilə bağlı mətbuata açıqlama verib. Son günlər portuqaliyalı hücumçunun karyerasını ABŞ-da başa vuracağı ilə bağlı yayılan iddialara toxunan Ronaldo bu xəbərləri təkzib edib.

41 yaşlı futbolçu Səudiyyə Ərəbistanında qalmaq istədiyini bildirərək ölkədə özünü xoşbəxt hiss etdiyini vurğulayıb. O, bu ölkənin özünü, ailəsini və yaxınlarını çox yaxşı qarşıladığını, burada yaşamaqdan məmnun olduğunu və bu yolun davam etməsini arzuladığını qeyd edib. Ronaldonun bu sözləri Əl Nassr azarkeşləri arasında böyük sevinclə qarşılanıb.
Təcrübəli hücumçu eyni zamanda komandasının son turlarda göstərdiyi sabit və liderliyə iddialı oyundan razı qaldığını, klubun qarşısına qoyulan məqsədlər uğrunda mübarizəni davam etdirəcəyini bildirib.
41 yaşlı futbolçu Səudiyyə Ərəbistanında qalmaq istədiyini bildirərək ölkədə özünü xoşbəxt hiss etdiyini vurğulayıb. O, bu ölkənin özünü, ailəsini və yaxınlarını çox yaxşı qarşıladığını, burada yaşamaqdan məmnun olduğunu və bu yolun davam etməsini arzuladığını qeyd edib. Ronaldonun bu sözləri Əl Nassr azarkeşləri arasında böyük sevinclə qarşılanıb.
Cristiano Ronaldo son çempionat oyununda Əl Hazm ilə qarşılaşmada iki qol vuraraq növbəti tarixi rekorda imza atıb. Bununla da o, 30 yaşından sonra 500 qol vuran futbol tarixində ilk oyunçu olub. Ulduz futbolçunun karyerası ərzində vurduğu qolların sayı 964-ə yüksəlib və 1000 qol hədəfinə çatmaq üçün 36 qolu qalıb.
Ronaldo bu göstəricilərlə yaşına baxmayaraq yüksək səviyyədə çıxış etdiyini, fiziki və mental baxımdan hələ də elit futbol üçün hazır olduğunu bir daha sübut edib.
https://www.haberler.com/spor/cristiano-ronaldo-dan-merak-edilen-gelecegi-19592078-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
