"Arsenal"ın baş məşqçisi Mikel Arteta, komandasının son oyunlarda itirdiyi xallar və üzərlərindəki çempionluq təzyiqi ilə bağlı sərt danışıb. O, Şimali London derbisi öncəsi tənqidlərə cavab verərək futbolçularına mesaj yollayıb.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta oyun zamanı emosional şəkildə futbolçularına göstərişlər verərkən. Fotoda ispaniyalı mütəxəssisin azarkeşlərin və mətbuatın təzyiqlərinə rəğmən qətiyyətli duruşu əks olunub.
BBC-nin yaydığı məlumata görə, "topçular" son 7 oyunda cəmi 2 qələbə qazanaraq liderlik yarışında "Mançester Siti" ilə xal fərqinin azalmasına səbəb olublar. Xüsusilə "Vulverhempton"la heç-heçədən sonra artan təzyiqlər Artetanın sərt reaksiyasına yol açıb.
Baş məşqçi bildirib ki, 22 illik titul həsrətinə son qoymaq istəyən komanda "xarici küy"ə dözməyi bacarmalıdır. O, bu təzyiqlə bacarmayan oyunçuların başqa bir klubun hissəsi ola biləcəyini vurğulayıb. Arteta "Arsenal"ın artıq illərdir arzusunda olduğu zirvə mübarizəsində olduğunu və bu çətinliyin öhdəsindən gələcəklərinə əminliyini ifadə edib.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
