Bu gün:

İran ABŞ-nin hücumu halında plan hazırlayıb


"The New York Times" qəzetinin məlumatına görə, İranın Ali Lideri Əli Xamenei ölümü və ya ABŞ ilə hərbi qarşıdurma halında idarəetmə sisteminin yaradılmasını əmr edib. Dövlət başçısı səlahiyyətlərinin bir hissəsini məhdud sayda etibarlı şəxslərə həvalə edib.

İranın ali rəhbəri Ayətullah Əli Xamenei

Xamenei, həmçinin hərbi və mülki idarəetmədə çoxsəviyyəli varislik sisteminin yaradılmasını əmr edib.

Ali liderlə əlaqənin kəsilməsi və ya onun vəfat etməsi halında liderlərdən dörd nəfərə qədər potensial müavin müəyyən etmələri tələb olunub.
Daha əvvəl bildirilib ki, İran və ABŞ arasında yeni danışıqlar mart ayında baş tuta bilər. Anonim İran mənbəsinin məlumatına görə, hər iki tərəf müvəqqəti razılaşmanın bağlanması ehtimalını istisna etməyib.

Həmçinin məlum olub ki, Tramp administrasiyası Tehrandakı hadisələrin gələcəyi üçün ssenarilərdən biri kimi İranın yüksək rəhbərliyinin fiziki sui-qəsdini nəzərdən keçirib. Axios-a görə, müzakirə olunan variantlar arasında Xamenei, oğlu Müctəba və digər din xadimlərinin öldürülməsi də var.

Mənbə: News.ru 

Tərcümə etdi: Əli Balayev 

Paylaş
Şərh əlavə et