MLS-in iki ən dəyərli klubu mövsümün açılış oyununda qarşılaşacaq. Lionel Messinin çıxış etdiyi Inter Miami CF səfərdə Son Heung-Minin komandası Los Angeles FC ilə üz-üzə gələcək. Qarşılaşma şənbə gecəsi baş tutacaq.

Mövsümöncəsi hər iki komandada zədə narahatlıqları yaşansa da, tərəflərin oyuna demək olar ki, tam heyətlə çıxacağı gözlənilir. Görüş daha böyük tutuma malik Los Angeles Memorial Coliseum stadionuna keçirilib. Hazırkı MLS “Qızıl Buts”unun sahibi və ardıcıl iki dəfə liqanın ən dəyərli oyunçusu (MVP) seçilən Messi yüngül hamstring zədəsindən sonra yenidən məşqlərə qayıdıb. Onun zədəsi səbəbindən Mayaminin Puerto Rikoda keçirilməsi planlaşdırılan son mövsümöncəsi yoxlama oyunu təxirə salınıb.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
