"Fənərbaxça" ilə yollarını transfer pəncərəsi dövründə ayıran kolumbiyalı hücumçu Con Duran sosial mediada etdiyi paylaşım bəyənmələri ilə gündəmə gəlib.

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Fənərbaxça"nın "Nottingham Forest"ə 3:0 hesabı ilə məğlub olmasından sonra Duranın rəqib komandanın qələbə paylaşımlarını bəyənməsi sarı-mavili azarkeşlər arasında ciddi narazılıq yaradıb. Futbolçunun "Nottingham Forest"ə aid bir neçə paylaşımı bəyənməsi qısa zamanda sosial şəbəkələrdə yayılıb və böyük reaksiya görüb.
Azarkeşlər bu addımı düzgün qəbul etməyərək futbolçunu sərt şəkildə tənqid ediblər. Sosial mediada “Çörək yediyi yerə hörmətsizlik etdi”, “Qoynumuzda ilan bəsləmişik” kimi şərhlər diqqət çəkib.
Qeyd edək ki, intizam problemləri səbəbindən transfer pəncərəsi dövründə komandadan ayrılan Con Duran hazırda Zenitin formasını geyinir. 22 yaşlı hücumçu "Fənərbaxça" heyətində bütün turnirlərdə 21 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Duranın bu davranışı futbol ictimaiyyətində keçmiş kluba münasibət, peşəkarlıq prinsipləri və idman etikası mövzularında müzakirələri yenidən alovlandırıb.
https://www.haberler.com/spor/jhon-duran-dan-fenerbahce-taraftarini-cildirtan-19589660-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
