İngiltərə Premyer Liqasının lideri olan "Arsenal" klubu çempionluq yarışında ciddi psixoloji təzyiqlə üz-üzə qalıb. Son vaxtlar Premyer Liqada keçirdiyi yeddi oyundan cəmi ikisində qələbə qazanan "topçular"ın liderlik mövqeyi təhlükə altına düşüb.

"Meydanda gərgin anlar: 'Vulverhemptun'la oyunda buraxılan son dəqiqə qolundan sonra 'Arsenal'ın qapıçısı David Raya və müdafiəçi Qabriel arasındakı narazılıq."
Məlumatlara görə, "Vulverhemptun"la oyunda 2-0 hesablı üstünlüyün əldən verilməsi komanda daxilində ciddi gərginlik yaradıb. "Mançester Siti"nin bir oyun az keçirməsinə baxmayaraq, xal fərqinin 5-ə enməsi Mikel Artetanın yetirmələri üzərindəki yükü daha da artırıb.
Günün əsas müzakirə mövzusu isə qarşıdan gələn Şimali London derbisidir. Bu oyun "Arsenal" üçün titul yolunda əsl xarakter sınağı hesab olunur. Xüsusilə son üç mövsümü ikinci yerdə bitirən klubun yenidən eyni aqibəti yaşaması ehtimalı futbol ictimaiyyətində böyük rezonans doğurub.
Komandanın bu böyük təzyiqə necə cavab verəcəyi aprelin 18-də "Etihad" stadionunda keçiriləcək "Mançester Siti" ilə həlledici matçda bəlli olacaq.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
