İsrail ordusunun Livanın cənubunda, Sayda şəhəri yaxınlığında yerləşən Ayn əl-Hilvə Fələstin Qaçqın Düşərgəsinə həyata keçirdiyi hava zərbəsi nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin isə yaralandığı bildirilib.

Düşərgədə fəaliyyət göstərən Fələstin Qızıl Aypara Cəmiyyətinin yaydığı yazılı açıqlamada hücum nəticəsində “iki şəhid və üç yaralı” olduğu qeyd edilib. Həlak olanların kimliyi ilə bağlı ətraflı məlumat verilməyib. Livanın rəsmi NNA agentliyinin bundan əvvəl yaydığı xəbərdə İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) düşərgənin Hittin məhəlləsini üç raketlə hədəfə aldığı bildirilib.
İsrail ordusu isə açıqlamasında Ayn əl-Hilvə bölgəsində HƏMAS üzvlərinin fəaliyyət göstərdiyini iddia etdiyi bir qərargahın hədəf alındığını bəyan edib. Hadisə ilə bağlı Livan rəsmilərindən və ya HƏMAS-dan hələlik açıqlama verilməyib.
Tərcümə etdi: Aygül Alıyeva
Mənbə: Habertürk
https://m.haberturk.com/israil-lubnan-da-multeci-kampina-saldirdi-3863604
