Bu gün:

Kompani Mourinyonu tənqid edib: Vinisius məsələsində böyük liderlik səhvi


"Bayern Münhen" klubunun baş məşqçisi Vinsent Kompani irqçilik iddiaları fonunda Jose Mourinhonun mövqeyini sərt tənqid edib. O, hazırda Benfikanı çalışdıran mütəxəssisin açıqlamalarını liderlik baxımından “böyük səhv” adlandırıb.

Hadisə zamanı televiziya görüntülərində Benfikanın futbolçusu Gianluca Prestianninin formasını ağzına tutaraq nəsə dediyi görünür. Bu hərəkət futbolçular və məşqçilər tərəfindən dodaq oxunmasının qarşısını almaq üçün tez-tez istifadə olunur. Həmin sözlərin Vinicius Jr və yaxınlıqdakı komanda yoldaşları tərəfindən irqçi ifadə kimi qəbul edildiyi bildirilir. Kompani məsələ ilə bağlı bildirib ki, belə hallarda məşqçilərin məsuliyyətli davranması və düzgün mövqe ortaya qoyması vacibdir. Onun sözlərinə görə, liderlərin bu cür situasiyalarda verdiyi mesajlar futbol ictimaiyyəti üçün böyük əhəmiyyət daşıyır.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et