Bu gün:

Peskov Aİ liderlərinin Cenevrədə çıxışından danışıb


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Avropa ölkələrinin Ukrayna ilə bağlı mövqeyi münaqişəni daha da qızışdırıb. TASS-ın məlumatına görə, Avropa paytaxtlarından gələn bəyanatların böyük əksəriyyəti sülh yolu ilə həlli təşviq etməyə deyil, döyüşlərin uzanmasına xidmət edib. Bu, onun Aİ nümayəndələrinin Cenevrə danışıqlarından kənarlaşdırılması ilə bağlı şərhi idi.

Avropa paytaxtlarında ifadə olunan fikirlərin böyük əksəriyyəti sülh yolu ilə həll cəhdlərindən daha çox müharibənin davam etdirilməsini dəstəkləyib.

Peskov, həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin artıq Cenevrədəki danışıqların nəticələri ilə bağlı Rusiya nümayəndə heyətindən hesabat alıb.

Bundan əlavə, Kremlin sözçüsü izah edib ki, Ukraynadakı vəziyyətin həlli ilə bağlı danışıqların hazırkı mərhələsi açıq müzakirəyə imkan verməyib. Bu onun Cenevrədəki dialoqun mərkəzində duran əsas məsələni aydınlaşdırmaq istəyinə cavabı idi.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bir müddət əvvəl bildirib ki, Avropanın real siyasəti Ukraynadakı münaqişənin həlli üçün sülh razılaşmasının əldə edilməsini mümkün qədər çətinləşdirməyə yönəlib. Onun sözlərinə görə, Avropa liderləri döyüşləri uzatmağa çalışıblar.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et