Norveç vəliəhd şahzadəsi Haakonun həyat yoldaşı, ölkənin gələcək kraliçası Mette-Marit ilə amerikalı maliyyəçi Jeffrey Epstein arasında yazışmaların üzə çıxması və şahzadənin oğlunun zorlanma da daxil olmaqla bir sıra cinayətlər üzrə məhkəmə qarşısına çıxması səbəbilə məsələ son günlər beynəlxalq mediada geniş rezonans doğurub.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan son Epstein sənədlərinə əsasən, Norveç vəliəhd şahzadəsinin 2011–2014-cü illər arasında Epstein ilə bəziləri “həddindən artıq səmimi” hesab edilən çoxsaylı elektron məktub yazışmaları üzə çıxıb.
Şahzadə məktublardan birində Parisdə “həyat yoldaşı axtarışında” olduğunu bildirən Epsteinə belə cavab yazır: “Paris zina üçün yaxşıdır. Skandinavlar isə daha yaxşı həyat yoldaşı namizədləridir.”
Digər yazışmada isə o, “Bir ananın 15 yaşlı oğlunun divar kağızı üçün sörf lövhəsi daşıyan iki çılpaq qadını tövsiyə etməsi uyğunsuzdirmi?” sualını ünvanlayır.
Şahzadənin vəliəhd şahzadə Haakonla evlənməzdən əvvəlki münasibətindən dünyaya gəlmiş oğlu Marius Borg Hoiby, zorlanma da daxil olmaqla 38 ittiham üzrə aparılan məhkəmə prosesində mühakimə olunur.
Høiby ötən həftə məhkəmə iclasının başlamasına az qalmış yeni ittihamlarla bağlı saxlanılıb.
Avqust ayında evliliklərinin 25 illiyini qeyd edəcək şahzadə cütlüyünün münasibətləri ilk dəfə ictimaiyyətə açıqlananda kral ailəsinin populyarlığı kəskin şəkildə aşağı düşüb.
Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova
