Bu gün:

​Pep Qvardiolanın "Mançester Siti"dəki yeni taktiki sirri: 20 il əvvəlki ipucu


"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın son vaxtlar tətbiq etdiyi yeni taktiki dəyişikliklərin kökləri onun 2006-cı ildə "El Pais" qəzeti üçün yazdığı məqaləyə dayanır. Həmin yazıda ispan mütəxəssis rəqibin sıx müdafiəsini yarmaq üçün hücumçuların "mövqesiz" oynamasının vacibliyini qeyd edib.

Bu barədə məlumat taktika üzrə analitik Umir İrfanın araşdırmasında yer alıb. Ötən həftə jurnalistin sualına cavab verən Qvardiola, bu taktiki bənzətməni yüksək qiymətləndirərək faktiki olaraq təsdiqləyib.

Bildirilib ki, "Siti" əvvəlki illərdən fərqli olaraq artıq cinahları genişləndirmək əvəzinə, mərkəzdə daha "dar və axıcı" hücum xəttinə üstünlük verir. Bu sistem Luis Araqonesin "tiki-taka" dövründəki İspaniya millisinin oyun tərzini xatırladır. Xüsusilə Haaland və Semenyonun hücumda sərbəst rolu rəqiblərin aqressiv müdafiəsini iflic etmək üçün nəzərdə tutulub.

Qvardiolanın 20 il əvvəl yazdığı "əgər prosesi düzgün icra etsəniz, boşluqlar həmişə tapılacaq" fikri "Mançester Siti"nin bugünkü uğurlu oyun fəlsəfəsinin əsasını təşkil edir.

Mənbə: BBC Sport

Tərcümə etdi: Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et