Ağ Ev İranın ABŞ ilə razılaşma əldə etməsinin “çox ağıllı addım” olacağını bildirib. Mətbuat katibi Karolayn Levitt deyib ki, prezident Donald Tramp hələ də Tehranla nüvə proqramı üzrə diplomatik həll yoluna ümid edir. ABŞ mediası isə Trampın İrana qarşı mümkün hərbi zərbə variantlarını müzakirə etdiyini yazıb.

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırıb. BBC təsdiqləyib ki, “YUSS Eybırhəm Linkoln” təyyarədaşıyan gəmisi İran yaxınlığındadır. Həmçinin dünyanın ən böyük hərbi gəmisi sayılan “YUSS Cerald R Ford”un da bölgəyə göndərildiyi bildirilib.
İsveçrənin Cenevrə şəhərində ABŞ və İran arasında dolayı danışıqlar aparılıb. İranın xarici işlər naziri Abbas Əraqçi əsas prinsiplər üzrə müəyyən anlaşma əldə olunduğunu desə də, tərəflər arasında hələ də ciddi fikir ayrılıqları qalıb. Ağ Ev isə bəzi məsələlərdə tərəflərin “hələ də uzaq” olduğunu bildirıb.
İranın ali rəhbəri Ayətullah Əli Xamenei ABŞ-nin hərbi mövcudluğunu tənqid edərək bunun danışıqlara təzyiq cəhdi olduğunu deyib. Vaşinqton və Avropa müttəfiqləri isə Tehranın nüvə silahına doğru irəlilədiyindən narahat olduqlarını vurğulayıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
