UEFA Çempionlar Liqası çərçivəsində keçirilən "Benfika" - "Real Madrid" qarşılaşması ciddi qalmaqalla yadda qalıb. Madrid klubunun ulduz futbolçusu Vinisius Junior rəqib oyunçu Gianluka Prestianni tərəfindən irqçi təhqirlərə məruz qaldığını iddia edib.

Bu barədə məlumat beynəlxalq idman mətbuatında yer alıb. Bildirilib ki, insident Vinisiusun vurduğu qoldan sonra yaşanıb və baş hakim oyunu 10 dəqiqəlik dayandırmalı olub. "Real Madrid"in 1-0 hesablı qələbəsi ilə bitən matçda hər iki komandanın oyunçuları qısa müddətlik meydanı tərk ediblər.
Günün əsas müzakirə mövzusu isə tərəflərin açıqlamaları olub. Vinisius "irqçilər qorxaqdırlar" deyərək etirazını bildirib. Prestianni isə ittihamları rədd edərək braziliyalı futbolçunun eşitdiklərini yanlış anladığını qeyd edib. "Benfika" rəsmiləri və baş məşqçi Joze Mourinyo da klubun irqçi olmadığını vurğulayan bəyanatlarla çıxış ediblər.
Hadisə ilə bağlı UEFA tərəfindən rəsmi araşdırma başladılıb. Toplantının digər detalları və qəbul ediləcək qərarlar yaxın günlərdə qurumun növbəti rəsmi açıqlaması ilə paylaşılacaq.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
