Bu gün:

Williamson İngiltərə heyətinə qayıdıb


Leah Williamson 2027 Dünya Çempionatının seçmə mərhələsi üçün İngiltərə yığmasına qayıdıb. İngiltərə qadın millisinin kapitanı olan Williamson 2025-ci ilin iyulunda qazanılan Avropa çempionatından sonra ilk dəfə yığmaya dəvət alıb.

Baş məşqçi Sarina Wiegman mart ayında Ukrayna və İslandiyaya qarşı keçiriləcək 2027-ci il dünya çempionatının seçmə oyunları üçün 25 nəfərlik heyəti açıqlayıb. Dizindən aldığı zədə səbəbindən 2025-ci ilin ikinci yarısında İngiltərənin oyunlarını buraxan 28 yaşlı futbolçu əməliyyat olunmuşdu. Williamson ilin sonunda klubu Arsenal Women ilə yenidən yaşıl meydanlara qayıdıb.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et