Bu gün:

Tadey Poqaçar tarixin ən yaddaqalan adı olma yolundadır


Sloveniyalı ulduz velosipedçi Tadey Poqaçar "Tour de France" və "UCI Road World Championships" rekordlarını bərabərləşdirərək “Bütün Zamanların Ən Böyüyü” müzakirələrini yekunlaşdırmağı hədəfləyir. 

Tadey Poqaçar klassik yarışlardakı ardıcıl qələbələri ilə velosiped tarixinin ən nüfuzlu uğurlarını yeniləmək üzrədir. 2026-cı il mövsümündə o, bir çox yarışda zirvənin yeganə sahibi olaraq “Bütün Zamanların Ən Böyüyü” barədə gedən mübahisələri bağlamağı planlaşdırır. 


Sloveniyalı idmançı Fransa Veloturunda Sarı Maykanı beşinci dəfə qazanacağı təqdirdə, idman tarixinin iki əfsanəsi - Eddi Merkks və Bernar İno ilə eyni səviyyəyə yüksələrək rekordçular sırasında yer alacaq.


Poqaçarın məqsədi yalnız titulları toplamaq deyil, həm də velosiped idmanında dominasiya dövrü yaradaraq öz adını tarixə qızıl hərflərlə yazdırmaqdır.

Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə


Paylaş
Şərh əlavə et