Bu gün:

"Top ABŞ-ın meydanındadır"


İranın xarici işlər üzrə müavini Məcid Təxt-Rəvançi Tehran'da BBC-yə verdiyi müsahibədə nüvə danışıqları ilə bağlı açıqlamalar verib.

Nazir bildirib ki, İran ABŞ ilə nüvə sazişi əldə etmək üçün güzəştləri müzakirə etməyə hazırdır, ancaq bunun üçün Amerikanın sanksiyaların qaldırılmasını müzakirəyə açması lazımdır.

"Top ABŞ-ın meydanındadır. Onlar səmimidirlərsə, razılığa gələ biləcəyimizə əminəm", - deyə Təxt-Rəvançi vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio isə bir gün öncə bildirib ki, Prezident Donald Trump sazişə üstünlük verir, lakin İranla razılığa gəlmək "çox çətindir". ABŞ rəsmiləri dəfələrlə vurğulayıb ki, danışıqların uzadılmasında əsas maneə İrandır.


Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et