Bu gün:

ABŞ və İran arasında nüvə danışıqları fevralın 17-də Cenevrə şəhərində keçiriləcək


ABŞ və İran nümayəndə heyətləri arasında nüvə proqramı ilə bağlı növbəti danışıqlar fevralın 17-də İsveçrənin Cenevrə şəhərində baş tutacaq. Görüşün əsas məqsədi tərəflər arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması və razılaşma imkanlarının dəyərləndirilməsidir.

APA-nın məlumatına görə, danışıqlarda sanksiyaların yumşaldılması, nüvə fəaliyyətinə nəzarət mexanizmləri və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzuları olacaq. Rəsmi Vaşinqton və Tehran prosesin diplomatik yollarla davam etdirilməsinin vacibliyini vurğulayır.

Ekspertlərin fikrincə, bu görüş tərəflər arasında etimadın bərpası və uzunmüddətli razılaşmaya nail olunması baxımından mühüm mərhələ ola bilər.

Səidə Abasova

Paylaş
Şərh əlavə et