Bu gün:

Qadınlar Super Liqasında unudulmaz oyun gerçəkləşib


İngiltərə Qadınlar Super Liqasında (WSL) keçirilən turun mərkəzi qarşılaşmalarından birində Tottenham komandası Aston Villa üzərində 7:3 hesablı möhtəşəm qələbə qazanıb.

Görüşün 10-cu dəqiqəsində Signe Qaupset hesabı açıb. Beş dəqiqə sonra Kirsti Hanson tarazlığı bərpa edib. Ardınca “Tottenhem” qısa müddətdə iki qol vuraraq üstünlüyü ələ keçirib. Oyunda Betani İnglend və Oliviya Holdt fərqlənib.

İkinci hissədə Oriane Jan-Fransua “Aston Villa” üçün ümid yaratsa da, dərhal sonra Katinka Tandberq yenidən fərqi artırıb. Maika Hamano 72-ci dəqiqədə boş qapıya qol vurub. Matçın sonlarında Tandberq və Juli Blakstadın qolları ilə hesab 7:3 olub.

Bu nəticə “Tottenhem”in WSL tarixində bir oyunda vurduğu ikinci 7 qollu qələbə kimi qeydə alınıb. Qələbədən sonra Martin Honun komandası “Arsenal”la eyni xala yüksəlib, “Aston Villa” isə 8-ci pillədə qalıb.

Qarşılaşmanın ən yaxşı oyunçusu Signe Qaupset seçilib.


Mənbə: BBC Sport

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et