Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper "Munich Security" kofransında çıxış edərək Reform UK və Yaşıllar Partiyasını NATO öhdəliklərini zəiflətməkdə ittiham edib və bəzi siyasətçilərin Rusiyadan gələn təhlükəni ciddiyə almadığını bildirib.

Kuper qeyd edib ki, milli təhlükəsizliyin gücləndirilməsi beynəlxalq tərəfdaşlıqlara bağlıdır və həm Reform, həm də Yaşılların NATO ilə bağlı öhdəlikləri sarsıtması narahatlıq doğurur. O, xüsusilə Reform UK-nin lideri Naycel Farajın partiyasının Rusiyadan gələn təhlükəni ciddiyə almadığını vurğulayıb.
Xarici işlər naziri əlavə edib ki, partiya daxilində Rusiyanın müdaxiləsi ilə bağlı araşdırma aparmaqdan imtina edilib, halbuki partiyanın Uels üzrə lideri Rusiya ilə əlaqələrə görə məhkum olunub. Kuper həmçinin keçmiş Avropa Parlamentinin deputatı Natan Gillin şübhəli rus agentindən rüşvət alaraq Kremlin mövqelərini təkrarladığını xatırladıb.
O, Rusiyanın aqressiyasını və təhlükəsini tez-tez kiçildən bəyanatlara da diqqət çəkib, xüsusən Solsberidəki zəhərləmə hadisəsi və rusiyalı müxalifət lideri Aleksey Navalnıya qarşı sui-qəsd cəhdini xatırladıb. Kuper bildirib ki, belə mövqelər Britaniyanın milli təhlükəsizliyinə və beynəlxalq tərəfdaşlıqlara zərər verir.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
