Bu gün:

Vitor Pereyranın yeni komandası bəlli olub


İngiltərə Premyer Liqasının "Nottingem Forest" komandası Vitor Pereyranı yeni baş məşqçi təyin edib. Pereyra Kadıköydə "Fənərbaxça" ilə debüt edəcək. Bundan əlavə, Nottingham Forest bir mövsümdə dörd fərqli menecer işə götürən ilk Premyer Liqa komandası kimi tarixə düşüb.

Qeyd olunub ki, Pereyranın texniki heyətində köməkçi məşqçilər Filipe Xorxe Monteiro Almeyda və Luis Miguel Moreira Da Silva, həmçinin fiziki hazırlıq üzrə məşqçi Bruno Filipe Araujo De Moura yer alacaq.

Daha əvvəl iki dəfə (2015-2016, 2021) “Fənərbaxça”nı çalışdıran Pereyranın Avropa səhnəsində keçmiş komandası ilə qarşılaşması bir vaxtlar "sarı-göylü" komandanı çalışdırmış Joze Mourinyonu yada salıb. 2 iyun 2024-cü ildə "sarı-göy" klubu ilə rəsmən müqavilə imzalayan Mourinyo UEFA Çempionlar Liqasının pley-off mərhələsində Benfika ilə mübarizədən sonra Fənərbaxça ilə yollarını ayırıb. 15 ay "Fənərbaxça"nın sükanı arxasında olan Mourinyo Çempionlar Liqasının liqa mərhələsinə yüksələn "Benfika" ilə 2 illik müqavilə imzalayıb.

Türkiyə təmsilçisi fevralın 19-da UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda Pereyranın 2021-ci ildə yollarını ayırdığı “Nottingem Forest”i qəbul edəcək.

Mənbə: Hürriyet

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et