Kaliforniya qubernatoru Geivin Nüsom "Munich Security" konfransında bəyan edib ki, Donald Trampın təsiri “müvəqqəti xarakter daşıyır” və ABŞ-nin Avropa ilə strateji münasibətləri “heç bir fərdi fiqurdan asılı deyil”.

ABŞ dövlət katibi Marko Rubio çıxışında bildirib ki, tərəflər arasında müəyyən gərginlik olsa da, münasibətlər tam pozulmayıb. O, Avropa müttəfiqlərinin ABŞ üçün vacib olduğunu deyib.
Demokrat senator Mark Varner isə seçkilərlə bağlı qaydalarda dəyişiklik təşəbbüslərinin narahatlıq yaratdığını açıqlayıb. Onun sözlərinə görə, 2026-cı il aralıq seçkilərinin azad və ədalətli keçməsi qorunmalıdır.
Konqres üzvü Aleksandriya Okasio-Kortes iqtisadi bərabərsizliyin artmasının avtoritar idarəçiliyi gücləndirə biləcəyini deyib. O bildirib ki, qərb ölkələri işləyən təbəqəyə real sosial və iqtisadi nəticələr göstərməlidir.
Demokratlar konfransda mesaj verib ki, ABŞ-də siyasi fikir ayrılıqları olsa da, ölkə Avropa ilə tərəfdaşlığını davam etdirib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
