İranlı nazir BBC-yə açıqlamasında ABŞ-nin sanksiyaların ləğvini müzakirə etmək istəyi göstərməsi halında Tehranın nüvə sazişi üzrə kompromisləri dəyərləndirməyə hazır olduğunu bildirib.
Nazir bildirib ki, tərəflər qarşılıqlı etimad və kompromis prinsipləri əsasında sülh yolu ilə razılığa gələ bilərlər.
ABŞ rəsmiləri isə bu uzunmüddətli danışıqlar prosesində irəliləyişin qarşısında duran əsas əngəlin ABŞ olmadığını, əksinə Tehran tərəfindən nümayiş etdirilən qeyri-konstruktiv mövqelərin prosesi yavaşlatdığını dəfələrlə vurğulayıblar. ABŞ-nin açıqlamasında qeyd olunur ki, Vaşinqton hər zaman diplomatik həll yollarını dəstəkləyib və danışıqlar üçün açıq mövqedədir, lakin sanksiyaların və nüvə fəaliyyətlərinin tənzimlənməsi məsələsində İranın konkret addımlar atması tələb olunur.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
