Bu gün:

Əraqçi: Regiondakı dostlarımız E3 qrupundan daha effektiv olduqlarını sübut edirlər


"Avropa İttifaqının (Aİ) inkişaf trayektoriyası dəhşətlidir". 24media.az "Report"-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.


"Bütün bunlar praktikada nə deməkdir? Aİ/E3-ün iflici və aktuallığını itirməsi İranın nüvə proqramı üzrə danışıqların dinamikasında özünü göstərir" , - Əraqçi qeyd edib.

Onun sözlərinə görə, bir zamanlar danışıqların əsas iştirakçısı olan Avropa hazırda prosesdən çıxıb:

"Bunun əvəzinə, regiondakı dostlarımız marginal E3 qrupundan qat-qat daha effektiv və faydalı olduqlarını sübut edirlər".

Səidə Abasova

Paylaş
Şərh əlavə et