Rusiya müxalifət lideri Aleksey Navalnının zəhərli qurbağa toksinindən hazırlanmış bir maddə ilə öldürüldüyü bildirilir. İngiltərə və Avropa müttəfiqləri bu iddianı dəstəkləyib.

Navalnının Sibirdəki cəza koloniyasında ölümünün üzərindən iki il keçdikdən sonra, İngiltərə və müttəfiqləri onun bədənində aşkar edilən material nümunələrinin analizinə əsaslanaraq Kremli günahlandırıb.
İngiltərə Xarici İşlər Nazirliyi bildirib ki, Navalnının bədənindən götürülən nümunələrdə epibatidin adlı toksinin aşkar edilməsinə heç bir günahsız izah yoxdur.
Münhen Təhlükəsizlik Konfransında çıxış edən Xarici İşlər Naziri İvett Kuper deyib: "Yalnız Rusiya hökumətinin Aleksey Navalnıya qarşı Rusiyada həbsdə olduğu müddətdə bu ölümcül toksini istifadə etməyə imkanı, motivi və fürsəti var idi”.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
