Bu gün:

Modriçdən gec qələbə qolu: "Milan" Pisa səfərindən 3 xalla qayıdıb


"AC Milan" yarımmüdafiəçisi Luka Modrić 85-ci dəqiqədə vurduğu qolla komandasına səfərdə "autsayder Pisa Sporting Club" üzərində 2:1 hesablı qələbə qazandırıb.

Görüş Arena Garibaldi stadionunda baş tutub. "Milan" bu qələbə ilə turnir cədvəlində lider "Inter Milan" ilə xal fərqini azaldıb. Hazırda ikinci pillədə qərarlaşan "Milan" 24 turdan sonra 53 xala malikdir və liderdən 5 xal geri qalır. “İnter” isə şənbə günü dördüncü pillədəki "Juventus"-u qəbul edəcək.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et